Xəzərdə köməksiz qalan azərbaycanlılar xilas edildi - Foto

12:08 - 4 Mart 2026 - GÜNDƏM

 Xəzərdə köməksiz qalan azərbaycanlılar xilas edildi - Foto

Xəzər dənizində köməksiz vəziyyətdə qalan azərbaycanlılar xilas edilib.

Bu barədə BUTA.TV-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə "Yamaha-55" markalı, "Mİ-912" bort nömrəli balıqçı qayığının mühərrikində yaranmış problemlə əlaqədar 2 nəfər heyət üzvünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi koordinatlar üzrə dərhal həmin istiqamətə göndərilib.

Bu xəbər hal-hazırda çox oxunur
İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp

Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində dənizdə köməksiz vəziyyətdə qalan Neftçala rayon sakinləri – 1977-ci il təvəllüdlü Rzayev Faiq Nadir oğlu və 1989-cu il təvəllüdlü Məhərrəmov Rauf Museyib oğlu sərhədçilər tərəfindən xilas edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol