İtaliya diplomatlarının İrandan təxliyəsi həyata keçirilib.
BUTA.TV xəbər verir ki, İtaliyanın İrandakı diplomatik nümayəndəliyinin 45 nəfərə yaxın əməkdaşı sərhədi keçərək, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub.
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...
- WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı