Azərbaycana yarım metrə yaxın qar yağdı

12:34 - 9 Mart 2026 - GÜNDƏM

 Azərbaycana yarım metrə yaxın qar yağdı

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə qar yağır.

BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin martın 9-u saat 11:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, qarın hündürlüyü Şahbuzda 41, Zaqatalada (Əlibəy) 28, Daşkəsən, Qrızda (Quba) 20, Kəlbəcər, Xınalıqda 17, Qaxda (Sarıbaş) 16, Lerikdə 15, Laçın, Qubadlı, Qusarda (Laza) 14, Şəki (Kişçay), Xızıda 11, Şahdağda 8, Şuşa, Gədəbəy, Oğuzda 7, Yardımlı, Xaltan, Şabranda 6, İsmayıllıda 5, Qəbələdə 4, Göygöldə 3, Xankəndi, Xocalı, Füzuli, Qobustanda 2 sm-dir.

Məlumata görə, düşən yağıntının miqdarı Astarada 25, Lənkəranda 23, Ağsuda 10, Sabirabadda 9, Balakəndə 8, Göyçay, Zərdabda 6, Cəlilabad, Beyləqan, Kürdəmirdə 5, Mingəçevir, İmişli, Biləsuvar, Ağdamda 4, Tərtər, Bərdə, Yevlaxda 3, Bakı və Abşeron yarımadasında eləcə də Şamaxı, Naxçıvan, Şərur, Culfa, Ordubad, Sədərək, Naftalan, Gəncə, Xaçmaz, Goranboy, Neftçalada 1 mm-dir.

Bu xəbər hal-hazırda çox oxunur
Tofiq Heydərov 20 min manat cərimələndi

Naftalan, Balakən, Qax (Sarıbaş), Şəki, Şamaxı, Qrızda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol