Bu gün 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.
BUTA.TV xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.
Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.
Xatırladaq ki, birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.
Həmçinin bu gün saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aktivləşəcək.
- Apteklərdə saxta dərmanlar satılır? - Video
- Nazirlikdən çıxarılan xanıma TƏBİB-də yüksək vəzifə verildi
- Bakının mərkəzi küçəsi 1 gün tam bağlı olacaq
- Biləsuvarda 2 gənc bıçaqlandı: saxlanılan var
- Azərbaycanda əhali azalır: Miqrasiya və doğum statistikası narahat edir
- Qəbiristanlıqdan tapılan azyaşlı ilə bağlı dəhşətli faktlar - Video
- 22 yaşlı qız atası ilə bağlı videomüraciət yayıb kömək istədi
- Abşeronda əməliyyat: saxlanılanlar var