Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Elşən Ələsgər oğluna məxsus "3 manatlıq kabab" kafesində plandankənar yoxlama keçirilib.
Bu barədə BUTA.TV-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı müəssisədə ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qeyri-qənaətbəxş olduğu, məhsulların müvafiq icazə sənədlərinin olmadığı müəyyən edilib.
Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub. İstehlaka təqdim edilən ət məhsullarından nümunələr götürülüb. Nöqsanlar aradan qaldırılanadək kafedə xidmətlərin göstərilməsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.
- Apteklərdə saxta dərmanlar satılır? - Video
- Nazirlikdən çıxarılan xanıma TƏBİB-də yüksək vəzifə verildi
- Bakının mərkəzi küçəsi 1 gün tam bağlı olacaq
- Biləsuvarda 2 gənc bıçaqlandı: saxlanılan var
- Azərbaycanda əhali azalır: Miqrasiya və doğum statistikası narahat edir
- Qəbiristanlıqdan tapılan azyaşlı ilə bağlı dəhşətli faktlar - Video
- 22 yaşlı qız atası ilə bağlı videomüraciət yayıb kömək istədi
- Abşeronda əməliyyat: saxlanılanlar var