Sakinlərin diqqətinə: Sabah bu ərazilərdə qaz olmayacaq

19:56 - 6 May 2026 - GÜNDƏM

 Sakinlərin diqqətinə: Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah (7 may) saat 10:00-dan etibarən Şəmkir rayonunun Qılıncbəyli, Qaracəmirli, Qaralar, Ağlavaşlı kəndlərinin həmçinin Daşkəsən rayonunun Yuxarı Daşkəsən, Alunitdağ, Mədənçilər qəsəbələrinin və Mollahəsənli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, qaz təchizatının dayandırılması görüləcək təmir işləri, həmçinin "Qaz İxrac" İdarəsi tərəfindən yaz-yay mövsümü ilə bağlı nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədardır.

Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol