Ləğv edilən “Bakı Taksi Xidməti”nin rəhbəri kimdir? - MARAQLI FAKTLAR

20:39 - 7 May 2026 - CƏMİYYƏT

 Ləğv edilən “Bakı Taksi Xidməti”nin rəhbəri kimdir? - MARAQLI FAKTLAR

Azərbaycanda iki qurum - “BakuBus” və “Bakı Taksi Xidməti” ləğv edilib və Bakı Metropoliteninə birləşdirilib. Bu barədə mayın 7-də Prezident İlham Əliyev fərman imzalayıb.

Buta.tv xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Bakı Taksi Xidməti” MMC Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 89 nömrəli qərarına əsasən yaradılmışdı.

“Bakı Taksi Xidməti” MMC-yə Fuad Əliyev rəhbərlik edib. O, 2019-cu ilin iyul ayında əvvəlki direktor Ələsgər Şirinov vəzifəsindən ayrıldıqdan sonra bu quruma rəhbər təyin edilib.

Fuad Əliyev Bakı Dövlət Universitetinin məzunudur. O, 2004-2007-ci illərdə Qeyri-hökümək təşkilatının sədri kimi çalışıb. 2007-ci ildən 2018-ci ilədək “Azərsun Holdinq”də bir sıra rəhbər vəzifələrdə fəaliyyət göstərib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol