Şagird sayı az olan məktəblərin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir - Əmrullayev

12:09 - 10 May 2026 - CƏMİYYƏT

 Şagird sayı az olan məktəblərin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir - Əmrullayev

Azərbaycanda şagird sayı az olan kənd məktəblərinin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir.

BUTA TV xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, hazırda məktəblərlə bağlı təhlillər davam etdirilir:

"Məqsəd sistemin daha da rasionallaşdırılması və təhsilin keyfiyyətinin artırılmasıdır. Azsaylı məktəblərə müəllim göndərmək problemi var".

E. Əmrullayev bildirib ki, bu istiqamətdə iki model tətbiq olunur. Onlardan biri şagirdlərin nəqliyyat vasitəsilə daha böyük məktəblərə daşınmasıdır:

"Az sayda olan şagird daha böyük məktəbə gətirilir və orada keyfiyyətli tədrislə təmin edilir. Eyni zamanda, onların sosial mühiti də genişlənir".

Nazir qeyd edib ki, ikinci istiqamət distant təhsil modelidir:

"Altı kiçik məktəbdə şagirdlər yerlərini dəyişmədən müəllim onlayn qaydada dərs keçir. Bu format da özünü doğruldur".

Onun sözlərinə görə, yay aylarında şagird saylarının təhlili başa çatdıqdan sonra bu istiqamətdə işlər davam etdiriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol