Mayın 20-də ölkəmizdə səfərdə olan Esvati Kralı Əlahəzrət III Msvatini ilə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov arasında görüş keçirilib.
BUTA.TV xəbər verir ki, görüş çərçivəsində Azərbaycan ilə Esvatini Krallığı arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Xüsusilə dağ-mədən sənayesində əməkdaşlıq imkanları, geoloji kəşfiyyat və qiymətləndirmə sahəsində qabaqcıl təcrübənin tətbiqi, həmçinin potensial birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Nümayəndə heyətləri mineral ehtiyatların kəşfiyyatı, mədənlərin işlənməsi və emal zənciri üzrə əlavə dəyərin yaradılması, eləcə də mineral ehtiyatların xəritələşdirilməsi istiqamətində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Görüşdə dağ-mədən sahəsi üzrə əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsinin hər iki ölkə üçün faydalı olacağı qeyd edilib.
- Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır
- Rusiyanın bu şəhərində bütün kütləvi tədbirlər ləğv edildi
- Sabah Bakıya intensiv yağış yağacaq
- Azərbaycanda federasiyanın sabiq baş katibi öldü - Foto
- Qurban Qurbanov “Beşiktaş”ın məşqçiliyinə yenidən namizəddir
- Azərbaycanla Esvatini Krallığı memorandum imzaladı
- Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq
- “Kapital Bank” tanınmış şirkətlə əməkdaşlığa başladı