“İranla müharibə səbəbindən oğlumun toyuna getməyə bilərəm”.
“BUTA.TV” xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, İranla bağlı davam edən gərginlik səbəbindən şəxsi planları, o cümlədən, ailə tədbirlərində iştirakı çətinləşə bilər.
Belə ki, Trampın böyük oğlu bu həftə sonu Baham adalarında Bettina Andersonla evlənəcək. Lakin Prezident bildirib ki, hazırkı siyasi vəziyyət səbəbindən tədbirə qatılıb-qatılmayacağı hələ də qeyri-müəyyəndir.
Tramp mərasimin kiçik və şəxsi xarakter daşıdığını qeyd edib: “O, mənim gəlməyimi istəyir. Mən də getməyə çalışacağam”.
O əlavə edib ki, İranla bağlı vəziyyət onun gündəmini sıxlaşdırıb: “Mən ona dedim ki, bu, mənim üçün uyğun vaxt deyil. İran məsələsi və digər problemlərim var”.
Tramp bildirib ki, iştirak edib-etməməsindən asılı olmayaraq, tənqidlərdən yayınmağın mümkün olmadığını düşünür: “Bu, uduzduğum vəziyyətdir. Getsəm də, tənqid olunacağam, getməsəm də. Xüsusilə saxta media tərəfindən”.
ABŞ Prezidenti oğluna xoşbəxt evlilik arzularını çatdırıb.
- “Düşünür ki, deputatsansa, qanunsuz işləri də görə bilərsən” - Videomüsahibə
- “İrana görə oğlumun toyuna getməyə bilərəm” - Video
- Ayağını itirdiyi yarışmada qalib elan edildi
- Uşaqlarınızı bu platformalardan qoruyun - Ekspert
- Leyla və Arzu Əliyevalar “Urban Expo” sərgisində - Fotolar
- Smartfonun ömrünü belə uzatmaq olar
- Bakı–Tiflis qatarına bilet alan ilk sərnişin... - Video
- Bakı–Tiflis–Bakı marşrutu üzrə bilet satışı başladı