Mayın 22-də Xocavənd şəhərinə növbəti köç olub.
BUTA.TV xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 17 ailə, ümumilikdə 65 nəfər köçürülüb. Köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib.
Köç edən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdən ibarət olub.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
- “Azərsun Holdinq” növbəti dəfə bu mükafatı qazandı
- WUF13-ün bağlanış mərasimi keçirilir - Canlı
- Azərbaycanlı avtoritet beynəlxalq axtarışa verildi
- “Kristal” WUF13-də dayanıqlı şəhər gələcəyini təqdim etdi
- Bakıdan Tiflisə daha ucuz qiymətə gedəcəyik?
- “Bilirəm, çox ağır və zəhmətli iş idi” - Hikmət Hacıyevdən jurnalistlərə
- WUF13-də 53 mindən çox şəxs iştirak edib
- Urmiya gölü bərpa olmayıb - Ekoloq