Naxçıvan MR DİN-in tabeliyindəki idarə, şöbə və bölmələrdən Vasif Talıbovun şəkillərinin yığışdırılmasına başlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Gündəlik Naxçıvan"a yerli polis bölmələrindən məlumat verilib. Bununla bağlı tapşırığın Naxçıvana yeni təyin olunmuş daxili işlər naziri Süleyman Neymətovun verdiyi bildirilir.
Şərur rayon Polis Şöbəsindəki mənbənin məlumatına görə nazirlik, yerli orqanlarda yoxlamalara da başlayıb: "Nazirlikdən gəlmişdilər. Çoxu Bakıdan gələn yeni əməkdaşlarıdır. Süleyman müəllim özü ilə gətirib. Tapşırıq verildi ki, Vasif Talıbovun bütün şəkilləri təcili şöbədən yığışdırılsın. Dedilər ki, yalnız Heydər Əliyevin və İlham Əliyevin şəkilləri asıla bilər". Məlumatı Kəngərli, Babək və Şahbuz rayon polis şöbələrindəki mənbələr də təsdiq edir.
Qeyd edək ki, Süleyman Neymətov dekabrın 28-də Naxçıvan MR daxili işlər naziri təyin olunub.
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?
- Sabiq deputat Türkiyədə vəfat etdi
- Naxçıvana uçuşlar yenidən bərpa edildi
- Azərbaycanda yeganə ferma: 1 litr əqrəb zəhəri 10 milyonadır?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto