Pelenin cənazəsi olan tabut bazar ertəsi vida mərasiminin olacağı “Santos” futbol klubunun stadionuna aparılıb.
BUTA.TV xəbər verir ki, bu barədə mərhum futbolçunun oğlu Edson Çolbi do Nasimento İnstaqramda məlumat verib.
O bildirib ki, bazar ertəsi gecə kortejdə olan cənazə maşını keçmiş hücumçunun vəfat etdiyi San-Paulu klinikasından çıxdı:
“Futbolçunun karyerasının çox hissəsini eyniadlı klubunda keçirdiyi Santos şəhərinin küçələrində azarkeş bayraqları və ağ komanda köynəyi olan insanlar cənazə maşınını qarşılaşıblar”.
"Biz evə gəldik" deyə Pelenin oğlu “Vila Belmiro” stadionunu - "futbol məbədini" geotəq edərək yazıb.
Qeyd edək ki, stadion yerli vaxtla saat 10:00-da Pele ilə vidalaşmaq istəyənlərin üzünə açılacaq. Onlar tabutun yanından keçə biləcəklər, tabut stadionun mərkəzində, çardaq altında yerləşdiriləcək. Mərasim bir gün davam edəcək, bundan sonra Pelenin cəsədi olan tabut şəhərin küçələri ilə, o cümlədən, yüz yaşlı anasının hələ də yaşadığı evin yanından aparılacaq.
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?
- Sabiq deputat Türkiyədə vəfat etdi
- Naxçıvana uçuşlar yenidən bərpa edildi
- Azərbaycanda yeganə ferma: 1 litr əqrəb zəhəri 10 milyonadır?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto