Bu il Azərbaycanda feromon və rəngli tələlərin istehsalı üzrə Rusiya ilə birgə istehsalın işə salınması planlaşdırılır.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.
Sözügedən məsələ Azərbaycan nümayəndə heyətinin Rusiyaya səfəri çərçivəsində, “VNİİKR” Federal Dövlət Büdcə Qurumunun direktoru Yevgeni Nazinlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev arasında keçirilən görüşdə müzakirə edilib.
Danışıqlar zamanı tərəflər iki ölkənin mütəxəssisləri arasında qarşılıqlı fəaliyyət sahələrinin genişləndirilməsini, eləcə də birgə elmi tədqiqatların aparılması məsələlərini müzakirə ediblər.
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?
- Sabiq deputat Türkiyədə vəfat etdi
- Naxçıvana uçuşlar yenidən bərpa edildi
- Azərbaycanda yeganə ferma: 1 litr əqrəb zəhəri 10 milyonadır?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto