ABŞ ordusunun 101-ci hava-desant diviziyasının dörd min yeddi yüz nəfərlik şəxsi heyəti hərbi texnika ilə birlikdə Rumıniyada yerləşdirilib. İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, belə bir hadisə baş verir.
BUTA.TV xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev qeyd edib.
Ekspert diviziyanın Krıma çox yaxın ərazilərdə mövqe tutduğunu bildirib:
"ABŞ diviziyası Avropada, həm də Rusiyanın Krımdakı silah bazasından cəmi 7 dəqiqəlik raket uçuşu məsafəsində yerləşdirilir. ABŞ qüvvələri ilk dəfədir ki, rus qoşunlarına bu qədər yaxın məsafədədir. Vaşinqtonun əsas məqsədi Moskvanı bəzi addımlardan çəkindirmək və Cənub-Şərqi Avropadakı müttəfiqlərinin müdafiəsi üçün qərarlı olduğunu nümayiş etdirməkdən ibarətdir".
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?
- Sabiq deputat Türkiyədə vəfat etdi
- Naxçıvana uçuşlar yenidən bərpa edildi
- Azərbaycanda yeganə ferma: 1 litr əqrəb zəhəri 10 milyonadır?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto