Gürcüstanın bir neçə şəhəri və xarici ölkələrdə həbsdə olan keçmiş prezident Mixail Saakaşviliyə dəstək aksiyaları keçirilir.
BUTA.TV xəbər verir ki, bu barədə “Mtavari arxi” telekanalı məlumat yayıb.
Aksiya iştirakçıları Saakaşvilinin xarici ölkələrin birində müalicəsinin təmin olunmasını tələb ediblər.
“Aksiyalar “SaveMisha” şüarı altında Gürcüstanın Nyu-York, Vaşinqton, London, Berlin, Münhen, Grankfurt, Vyana, Brüssel, Strasburq, Haaqa, Praqa, Stokholm, Bern, Sofiya, Barselona, Afina, Təl-Əviv, Kiyev və Kişinyovdakı səfirlik və konsulluqlarının qarşısında keçirilib. Gürcüstanın Batumi, Kutaisi, Rustavi, Qori, Zuqdidi, Çorvilivə Ureki şəhərlərində də etiraz aksiyaları təşkil olunub”, - məlumatda qeyd olunub.
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?
- Sabiq deputat Türkiyədə vəfat etdi
- Naxçıvana uçuşlar yenidən bərpa edildi
- Azərbaycanda yeganə ferma: 1 litr əqrəb zəhəri 10 milyonadır?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto