Qərb və Şərq Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandan asılı vəziyyətə düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Kommersant” qəzetində Kirill Krivoşeyevin Ukrayna böhranı ilə bağlı “Əvəzedilməz Rəcəb” başlıqlı məqaləsində deyilir.
O, beynəlxalq birliyin Ukrayna müharibəsindən sonra bölündüyünü və bu çərçivədə Rəcəb Tayyib Ərdoğanın bənzərsiz siyasət yürütdüyünü qeyd edib:
“Qərbin sanksiyaları sərtləşdikcə Türkiyənin Rusiya ilə ticarət dövriyyəsi artır. Rusiya-Qərb böhranı Ankaraya digər dividentlər də qazandırır. Taxıl müqaviləsində vasitəçi olması, qaz qovşağına ev sahibliyi etməsi, Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı Ankaranın mövqeyi Türkiyəyə üstünlük qazandırdı.
2023-cü ildə Türkiyədəki prezident və parlament seçkiləri xarici siyasətin gedişatını müəyyən edən amilə çevrilib. Əgər Ərdoğan seçkilərdə uduzarsa, bütün regionda hamını təmin edən əməkdaşlıq modelinə yenidən baxmaq lazım gələcək”.
- Azərbaycana qar yağdı
- Məhkəmədən sabiq başçı ilə bağlı qərar
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?
- Sabiq deputat Türkiyədə vəfat etdi
- Naxçıvana uçuşlar yenidən bərpa edildi