İmişli rayonunda 42 yaşlı kişi ov zamanı ehtiyatsızlıqdan özünə güllə xəsarəti yetirib.
BUTA.TV xəbər verir ki, ov zamanı 1981-ci il təvəllüdlü Babək Bəhram oğlu Əsədovun tüfəngindən açılan atəş onun ayağını yaralayıb.
Yaralı ağır vəziyyətdə paytaxtda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona sağ pəncənin odlu silahdan açılmış çoxsaylı qırma yaraları diaqnozu qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
- Azərbaycana qar yağdı
- Məhkəmədən sabiq başçı ilə bağlı qərar
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?
- Sabiq deputat Türkiyədə vəfat etdi
- Naxçıvana uçuşlar yenidən bərpa edildi