Rusiya Prezidenti Vladimir Putin Avropanı mavi yanacaqla şantaj etdi, lakin uduzdu.
BUTA.TV xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri, İqtisadiyyat naziri Robert Habek deyib.
Onun sözlərinə görə, Almaniya “Şimal axını 1” qaz kəməri ilə Rusiyadan qaz tədarükündən hədsiz dərəcədə asılı idi və alternativ tədarük kanalları üçün infrastruktur yaratmırdı:
“Amma Berlin indi Rusiyanın kəsilmiş qaz, neft və kömür tədarükünü digər kanallar vasitəsilə, məsələn, tez tikilmiş mayeləşdirilmiş təbii qaz (LNG) terminalları və Norveçdən idxalın artması ilə əvəz edə bilib. Düzdür, Almaniyada enerji vəziyyəti çox gərgin və çətin olaraq qalır. Amma yaxın gələcəyə nikbin baxıram. İndi deyə bilərəm ki, Almaniyada anbarlar doludur, haradasa 90%, biz bu qışdan sağ çıxacağıq".
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?
- Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz
- Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət məhdudlaşdırılır
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...