Laçın yolu ətrafında yaranmış vəziyyətdə separatçıların rəhbərləri dağıdıcı fəaliyyətləri ilə erməni cəmiyyətinin daxilində xal qazanmağa, erməni əhalisi arasında ədalətsizlik hissini, qisasçılıq həvəsini qızışdırmağa çalışırlar.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Moskva-Bakı”ya müsahibəsində Ermənistanın İrəvan-Bakı münasibətləri ilə bağlı siyasəti və 2023-cü ildə mümkün ssenarilər haqda danışarkən deyib.
“Separatçı liderlər dağıdıcı hərəkətlərilə həm də Paşinyana qarşı oynayırlar. Bu, çox mürəkkəb erməni labirintidir. Paşinyan hakimiyyətinin mütləq sabitliyini hiss etmir. Onun yerini açıq-aydın hədəfləyən qüvvələr peyda olub. Laçın yolu ətrafında baş verənlər birmənalı qarşıdurmadır və burada gedən oyunlar olduqca mürəkkəbdir. Laçın yolunda AB və Ermənistan, Ermənistan və onun ən yaxın qonşuları, eləcə də hazırkı Ermənistan rəhbərliyinə qarşı separatçıların oyunu gedir.
Azərbaycan isə özünü əvvəlki kimi aparacaq - sakit, böyük təmkin və artan siyasi təzyiqlərə qarşı siyasi səriştə ilə”, - ekspert bildirib.
- Azərbaycana qar yağdı
- Məhkəmədən sabiq başçı ilə bağlı qərar
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?
- Sabiq deputat Türkiyədə vəfat etdi
- Naxçıvana uçuşlar yenidən bərpa edildi