1988-ci ildə ermənilər tərəfindən qırılan Topxana meşəsinin bərpasına başlanıb.
BUTA.TV xəbər verir ki, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, artıq həmin ərazidə ötən il yeni ağacların əkilməsinə başlanılıb. Həmçinin ərazidə ağac toxumları da səpilib.
"Bu proses davam edəcək və Topxana meşəsi bərpa ediləcək. İlkin olaraq həmin ərazidə palıd, vələs, dağdağan ağacları əkmişik. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları meşədə təhlil aparır. Təhlilin nəticəsindən asılı olaraq aidiyyəti qurumlara təkliflər göndəriləcək", - X.Hüseynov deyib.
Xidmət rəisi əlavə edib ki, nazirlik əməkdaşları həmçinin Laçın və Şuşada da yaşıllıq zolaqlarının salınması prosesi həyata keçirilir. Azad olunan ərazilərdə əkilməsi üçün həmçinin Türkiyədən 49 min ting gətirilib.
- Azərbaycana qar yağdı
- Məhkəmədən sabiq başçı ilə bağlı qərar
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?
- Sabiq deputat Türkiyədə vəfat etdi
- Naxçıvana uçuşlar yenidən bərpa edildi