Qarşı tərəfin yaydığı məlumat yalandır və dezinformasiya xarakteri daşıyır. Uydurma və reallığı əks etdirməyən rəqəmlərin əks olunduğu bu cür məlumatlar ictimaiyyəti çaşdırmaq məqsədi güdür.
Bu barədə BUTA.TV-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, erməni mətbuatının guya Azərbaycan Ordusunun 2022-ci ildəki itkiləri ilə bağlı yaydığı məlumatlar yalandır.
"Qeyd edək ki, ordumuzun itkiləri barədə ölkə mətbuatında mütəmadi olaraq rəsmi məlumatlar verilmişdir. Ermənistan mətbuatı ehtiyata buraxıldıqdan sonra müxtəlif səbəblərdən dünyasını dəyişmiş vətəndaşlar barədə məlumatları belə ordumuzun döyüş itkiləri kimi qələmə verməyə çalışır. Odur ki, vətəndaşlarımızı, media nümayəndələrini, həmçinin sosial şəbəkə istifadəçilərini bu cür həqiqətə uyğun olmayan məlumatları tirajlamamağa çağırırıq", - nazirlikdən vurğulanıb.
- WUF13-lə bağlı çəkilmiş zolaqlar qüvvədən düşür: Bu yoldan başqa
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Azərbaycana qar yağdı
- Məhkəmədən sabiq başçı ilə bağlı qərar
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?