Bakı Slavyan Universitetinin (BSU) keçmiş rektoru Nurlana Əliyeva məhkəməyə gətirilib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, sabiq rektor Bakı Ağır Cinayətlər Məhkəməsində adıçəkilən universitetin əyani və qiyabi şöbəsinin keçmiş rəhbəri Dürdanə Əliyevanın cinayət işi üzrə şahid qismində ifadə verəcək.
Nurlana Əliyeva təqsirləndirilən şəxsin vəsatəti əsasında bir neçə dəfə məhkəməyə çağırılsa da, prosesə gəlmirdi. Məhkəmə onun barəsində məcburi gətirilmə qərarı çıxarıb.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.
Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda göstərilən əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib.
Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.
- Bütün bu ağır sınaqlara baxmayaraq... - Kamal Abdulla
- Artıq yollarda vaxtı süni intellekt hesablayacaq - Video
- Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
- Prezidentin səhifəsində Xocalı Memorialının açılışı...
- Universitetlərdə dərs vaxtları qısaldılır?
- Dövlət Komitəsində soyqırımın ildönümü ilə bağlı tədbir keçirildi
- Azərbaycan xalqının əyilməz ruhunu görürük - Prezident
- Ramazanın 9-cu günü: Dua, imsak və iftar vaxtı...