Rusiyalı təbliğatçı Vladlen Tatarskinin Sankt-Peterburqda öldürülməsindən sonra Federal Təhlükəsizlik Xidməti bənzər situasiyanın digər simalarla da yaşanacağını düşünməyə başlayıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumat FTX-nin Rusiya KİV-də yayımlanan məxfi sənədində yer alıb.
Məlumata görə, FTX rəhbəri Aleksandr Bortnikova ünvanlanan sənəddə daha 10 nəfərin Tatarski kimi məhv edilməsi təhdidinin olduğu vurğulanıb. Buna görə həmin şəxslərin təcili mühafizəsinin təşkil edilməsi üçün izin verilməsi xahiş edilib.
Siyahıya isə məşhur rusiyalı jurnalistlər daxil olublar. Onlar sırasında Dmitri Kiselyev, Boris Korçevnikov, Aleksandr Kots, Anton Krasovski, Andrey Norkin, Semyon Peqov, Yuri Podolyak və digərləri yer alıb.
Qeyd edək ki, FTX-nin hazırladığı siyahıda yer alan iki nəfər – Semyon Peqov və Aleksandr Kots Azərbaycana çox yaxşı tanışdır. Belə ki, hər iki şəxs təkcə Qarabağ müharibəsi yox, ondan sonra da Azərbaycana qarşı təbliğat kampaniyalarında iştirak edib. Xüsusilə Peqov bu işdə əsas tapşırığı Rusiyadakı erməni lobbisindən, daha dəqiq desək, tabeliyində çalışdığı Aram Qabrelyanovdan alıb.
Tatarski bir müddət əvvəl Sankt-Peterburqda partlayış nəticəsində öldürülüb. Onun partladıldığı restoran isə Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsusdur.
- Onların əmək müqaviləsinə xitam verilməsi qadağan oluna bilər
- Kəlbəcər, Xocavənd və Horovluya köç karvanı yola salındı
- DİM məktəbləri bu cür sıradan çıxarır
- Bütün bu ağır sınaqlara baxmayaraq... - Kamal Abdulla
- Artıq yollarda vaxtı süni intellekt hesablayacaq - Video
- Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
- Prezidentin səhifəsində Xocalı Memorialının açılışı...
- Universitetlərdə dərs vaxtları qısaldılır?