R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Səadət Seyfulla qızı Eminovanın qanunsuz hərəkətləri ilə bağlı konkret faktlar barədə müraciətlər daxil olduqda müvafiq araşdırmalar aparılacaq.
Bu barədə Kult.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Vurğulanıb ki, S.Eminova 2022-ci il sentyabrın 15-də Onbirillik Musiqi Məktəbinə direktor vəzifəsinə təyin edilib:
"Uşaq musiqi və incəsənət məktəblərində mühafizəçi ştatı mövcud deyil. 2022/2023-cü tədris ilində nağara sinfinə şagird qəbulu zamanı müraciətin olmaması səbəbindən hazırda məktəbdə nağara sinfi fəaliyyət göstərmir. Eyni zamanda bildiririk ki, direktorun qanunsuz hərəkətləri, o cümlədən müəllimlərin işə gəlməmələrinə şərait yaradılması, habelə maliyyə pozuntuları ilə bağlı konkret faktlar barədə müraciətlər daxil olduqda müvafiq araşdırmalar aparılacaq".
Qeyd edək ki, bəzi valideynlər sosial şəbəkələrdə musiqi məktəbində direktorun vəzifəsindən sui-istifadə etməsi ilə bağlı iddialar səsləndiriblər.
- Onların əmək müqaviləsinə xitam verilməsi qadağan oluna bilər
- Kəlbəcər, Xocavənd və Horovluya köç karvanı yola salındı
- DİM məktəbləri bu cür sıradan çıxarır
- Bütün bu ağır sınaqlara baxmayaraq... - Kamal Abdulla
- Artıq yollarda vaxtı süni intellekt hesablayacaq - Video
- Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
- Prezidentin səhifəsində Xocalı Memorialının açılışı...
- Universitetlərdə dərs vaxtları qısaldılır?