Bəzi kinofestivallar açıq şəkildə yazırlar ki, biz Azərbaycan filmini heç göstərmək istəmirik.
Kult.az xəbər verir ki, bunu bir çox festivallada filmləri ilə uğur qazanmış kinorejissor Asif Rüstəmov "Azərbaycan Kinosu-125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda “Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri” adlı paneldə çıxışı zamanı deyib.
O qeyd edib ki, hər zaman festivallarda konyuktura ilə rastlaşıb.
"Amma filminiz doğrudan da yaxşı filmdirsə əsl istedada heç nə maneə deyil. Ona əngəl yoxdur. Təbii, konyuktura və klişələrlə film çəkəndə işlər daha rahatlaşır amma yenə deyirəm ki, uğur üçün bu şərt deyil.
Bu forumda gəncləri çox tənqid etdilər. Az qala elə fikir formalaşdı ki, Azərbaycan kinosunun ən böyük problemi gənclərdir".
Qeyd edək ki, bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumu işə başlayıb. Forum iki gün davam edəcək.
- Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti dayandırıldı
- Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar silsilə tədbirlər...
- Kazan və Moskvadan Dubaya uçan təyyarələr Bakıya eniş etdi
- Təl-Əvivə uçan təyyarə Bakıya geri qayıtdı
- Bu ərazilərə qar yağır
- Bakıda yolların kənarındakı köşklər yığışdırılır? - Video
- İrana hücum: təyyarələr Bakıya qayıtdı - AZAL
- İsrail İran prezidentinin iqamətgahını vurdu - Təcili