“Azərbaycan Hava Yolları” (AZAL) Ramazan bayramı münasibətilə aviaşirkətin ən məşhur istiqamətlərinə aviabiletlərə 25 faiz güzəşt təqdim edir.
AZAL-dan BUTA.TV-a verilən məlumata görə, endirimli aviabiletləri aprelin 21-dən 24-dək əldə etmək mümkündür. Təklif aviaşirkətin bir sıra marşrutu üzrə cari ilin mayın 3-31-i daxil olmaqla mövcud olan bir tərəfə və ya gediş-dönüş aviabiletlərinə şamil olunur.
Aviaşirkətin bu təşəbbüsü sayəsində sərnişinlər həm istirahətdən zövq ala biləcək, həm də büdcələrinə qənaət etmək imkanı əldə edəcəklər.
Belə ki, AZAL-ın Bakıdan bu şəhərlər - London, Milan, Paris, Vyana, Barselona, Praqa, Moskva, Sankt-Peterburq, Yekaterinburq, Novosibirsk, İstanbul, Antalya, Almatı, Astana, Dubay (J2-015/016 nömrəli reyslər) üzrə uçuşlarına 25 faiz güzəşt tətbiq edilir.
Endirimli aviabiletləri kassalarda və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərində, həmçinin [email protected] elektron poçtu vasitəsilə “Çağrı mərkəzi”nə müraciət edərək əldə etmək mümkündür.
- Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti dayandırıldı
- Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar silsilə tədbirlər...
- Kazan və Moskvadan Dubaya uçan təyyarələr Bakıya eniş etdi
- Təl-Əvivə uçan təyyarə Bakıya geri qayıtdı
- Bu ərazilərə qar yağır
- Bakıda yolların kənarındakı köşklər yığışdırılır? - Video
- İrana hücum: təyyarələr Bakıya qayıtdı - AZAL
- İsrail İran prezidentinin iqamətgahını vurdu - Təcili