İrəvanda ilk dəfə Ermənistan, İran və Hindistan arasında üçtərəfli siyasi məsləhətləşmə keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Görüşdə Ermənistan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, İran nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Cənubi Asiya üzrə baş idarəsinin rəisi Seyid Rəsul Musəvi, Hindistan nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Baş Regional İdarəsinin rəhbəri Jitender Pal Sinq rəhbərlik edib.
Görüşdə iqtisadi əlaqələr, regional kommunikasiyalarla bağlı məsələlər müzakirə edilib.
Diplomatlar müxtəlif sahələrdə üçtərəfli əməkdaşlığın inkişaf perspektivlərindən də danışıblar.
- Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti dayandırıldı
- Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar silsilə tədbirlər...
- Kazan və Moskvadan Dubaya uçan təyyarələr Bakıya eniş etdi
- Təl-Əvivə uçan təyyarə Bakıya geri qayıtdı
- Bu ərazilərə qar yağır
- Bakıda yolların kənarındakı köşklər yığışdırılır? - Video
- İrana hücum: təyyarələr Bakıya qayıtdı - AZAL
- İsrail İran prezidentinin iqamətgahını vurdu - Təcili