Azərbaycanda İranın casus şəbəkələrinin ifşası istiqamətində əməliyyatlar davam edir.
BUTA.TV Musavat.com-a istinadxən xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
Hüquq-mühafizə orqanlarından əldə edilən xəbərə görə, İranın molla rejiminə xidmət edən, Azərbaycan ərazisində molla rejimini təbliğ edən və Vətəninə xəyanət edən xeyli sayda şəxs artıq saxlanılıb. Onlara qarşı müxtəlif maddələrlə ittihamlar da irəli sürülüb.
Saxlanılan şəxslərin evlərində, ofislərində və ibadət yerlərində aparılan axtarışlar zamanı molla rejimini təbliğ edən xeyli sayda materiallar, özlərinin “rəhbəri” kimi təqdim etdikləri Xameneinin və digər ağalarının şəkilləri maddi sübut kimi götürülüb.
Bəzi xainlərin evlərindən hətta “Kərimə dövləti”ni qurmaq üçün insanları aldadan materiallar, "Ayətullah Xameneinin əsgərləri" yazılan vərəqələr tapılıb.
Hazırda casus şəbəkəsinin ifşası istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar
- Bu rayonlara qar yağıb – Faktiki hava