Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatının keçmiş lideri, siyasi məhbus Həbib Əsyudun (Fərəcullah Çəəb) edam olunub.
BUTA.TV xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
İranla yanaşı İsveç vətəndaşlığı da olan H. Əsyudun “separatçı qruplaşmaya rəhbərlik etməkdə”, həmçinin Xuzistan əyalətində “çoxsaylı terror əməliyyatları” təşkil etməkdə ittiham olunurdu.
Qeyd edək ki, 1999-cu ildə İranın ərəblərin kompakt yaşadığı Xuzistan əyalətinə muxtariyyət tələbi ilə qurulan Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatı 2005-ci ildə Əhvaz hadisələrində ün qazanıb.
“Nidal” kimi tanınan bu təşkilat ərəbdilli “Ahvazuna” telekanalının sahibidir.
“Nidal” hərəkatının 2018-ci il sentyabrın 22-də Əhvaz şəhərində İran-İraq müharibəsini qeyd edən hərbi parada hücum edən təşkilat olduğu iddia edilib. Hücum nəticəsində 25 nəfər ölüb, 60 nəfər yaralanıb.
Təşkilatın lideri Həbib Əsyudun 2020-ci ildə bir qrup casus tərəfindən Türkiyədən qaçırılaraq İrana aparılıb və ona qarşı açılan məhkəmədə edam cəzasına məhkum edilib. Hadisə ilə əlaqədar İstanbul Şəhər Prokurorluğu 12 nəfərə qarşı cinayət işi açıb.
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar