“Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin mayın 10-da muzdluların guya Baxmutdan çıxarılması ilə bağlı bəyanatı Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Priqojin arasında artan münaqişəyə dəlalət edir. Hələlik vaqnerçilərin qala şəhərindən çıxarılmasından danışmağa əsas yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb.
Mərkəz bildirib ki, Priqojin hələ 2023-cü ilin martında vaqnerçiləri Baxmutdan geri çəkmək üçün məlumat kampaniyasına başlayıb.
“Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov “Vaqner”i top yemi hesab edirdilər. Eyni zamanda, Şoyqunun vaqnerçilərə döyüş sursatı verilməməsi ilə bağlı mövqeyi ilk növbədə Priqojinlə şəxsi münaqişə ilə bağlıdır. Bu, Kremldə nüfuz uğrunda mübarizədir. Lakin problem təkcə “Vaqner”in döyüş sursatlarında deyil. Bir neçə aydır ki, Priqojin "Vaqner"in sırasını yeni yaraqlılarla doldura bilmir. Rusiya Müdafiə Nazirliyi “Vaqner”i sistemli şəkildə tükəndirir. Bu həm də Priqojinin özünün təsirinin zəifləməsinə gətirib çıxarır”, - məlumatda qeyd edilib.
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar