Yanğınla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar mayın 7-dən bütün Tümen vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
BUTA.TV xəbər verir ki, bunu Tümen regionunun qubernatoru Aleksandr Moor deyib.
“Bölgədə meşə yanğınları ilə bağlı vəziyyət çətinləşib, çox isti, quraq hava və güclü külək vəziyyəti daha da ağırlaşdırır. Xüsusən də bu gün şiddətli küləyin əsməsi yanğını bir neçə saniyə ərzində sözün əsl mənasında yüzlərlə metr ətrafa yayıb. Yanğın yaşayış məntəqələrini və yaşayış binalarını əhatə edir”, - məlumatda qeyd olunub.
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar