Mayın 7-də İrəvan-Dubay reysini həyata keçirən “FlyOne Armenia” şirkətinin təyyarəsi İranın Şiraz hava limanında məcburi eniş edib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“FlyOne Armenia” aviaşirkətinin idarə heyətinin sədri Aram Ananyan bildirib ki, Dubayın aviadispetçerləri təyyarənin Dubayın hava məkanına daxil olmasına icazə verməyiblər.
Qeyd edək ki, Ermənistan üçün Türkiyə də hava məkanını bağlayıb. Buna türk diplomatları qətlə yetirən “Nemezis” terror hərəkatına İrəvanda heykəl qoyulması səbəb olub.
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar