Şabran rayonunda avtomobil 2 məktəblini vurub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə bu gün şəhərin H.Əliyev prospektində yerləşən 1 nömrəli məktəbin qarşısında qeydə alınıb.
Belə ki, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşı idarə etdiyi avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən məktəblilər - 2007-ci il təvəllüdlü E.Həsənovanı və onun qardaşı 2009-cu il təvəllüdlü M.Həsənovu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəblilər xəstəxanaya çatdırılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov bildirilib ki, mayın 8-i səhər saatlarında Şabran rayonu ərazisində iki məktəbli qəfil hərəkətdə olan “Toyota" markalı avtomobilin yoluna çıxıb.
Avtomobilin sürücüsü, polis nəfəri məktəbliləri xəstəxanaya çatdırıb. Onların müalicələri davam etdirilir, vəziyyətləri normaldır, həyati təhlükələri yoxdur.
Faktla bağlı Şabran RPŞ-də araşdırmalar davam etdirilir.
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar