Böyük Britaniya Kiyevə uzaqmənzilli raketlər göndərməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Nəşr Britaniya rəsmisinə istinadən yazır ki, hələlik yekun qərar yoxdur:
"Amma ehtimal var ki, Böyük Britaniyanın Ukraynaya vermək istədiyi texnika “Storm Shadow” havadan buraxılan qanadlı raketlərdir".
Qeyd olunur ki, Ukrayna uzun müddətdir ki, Qərb ölkələrindən daha uzun mənzilli raketlər istəyir və belə silahların müharibənin gedişatını dəyişdirə biləcəyini, Ukrayna qüvvələrinə Krımın dərinliklərində yerləşən Rusiya komandanlıq mərkəzlərini, təchizat xətlərini, sursat və yanacaq anbarlarını vurmağa imkan verdiyini iddia edir.
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar