Rusiya sülhməramlı kontingentinin rəhbərliyi, xüsusən general Lentsov separatçı rejimin bəzi “vəzifəlilərinin” iştirakı ilə Qarabağda anti-Rusiya əhvali-ruhiyyəsinin formalaşdırılmasına görə qəzəblənib.
BUTA.TV Globalinfo.az-a istnadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Xüsusilə “dövlət naziri” Qurgen Nersisyanın Aleksandr Lentsovun Bakıda Azərbaycan tərəfi ilə razılıq əldə etmədiyinə dair “bəyanatının” ruslarda təəccüb yaratdığı vurğulanıb:
“Mənbələrimiz deyir ki, separatçı rejimdəki bəzi dairələr də Nersisyanın bazar günü tələsik açıqlama verməsindən təəccübləniblər. Onlar hesab edirlər ki, qondarma rejimin “rəhbərliyini” Nikol Paşinyan idarə edir və o, Rusiyanın Qarabağdakı rolunun sıfır olduğunu göstərməyə çalışır”.
Mənbə həmçinin bildirib ki, Lentsov Bakıdan qayıtdıqdan sonra separatçılara Azərbaycan paytaxtına səfərinə böyük ümid bağlamamaları gərəkdiyini deyib.
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar