Türkiyə NATO üzvüdür və Putin də bunu çox yaxşı bilir.
BUTA.TV xəbər verir ki, bu barədə CHP lideri Kamal Kılıçdaroğlu “Voll Strit Jurnal”a açıqlamasında deyib.
“Türkiyənin Rusiyaya qoyduğu investisiyaları qoruyacağıq (prezident seçiləcəyi təqdirdə - red.). Bununla belə, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiya tətbiqi ilə bağlı verdiyi qərarlara da əməl edəcəyik. Türkiyə NATO üzvüdür və Putin də bunu çox yaxşı bilir. Türkiyə Alyansın qəbul etdiyi qərarlara əməl etməlidir”, - partiya sədri bildirib.
Qeyd edək ki, Ərdoğan Türkiyəsi Rusiyaya qarşı BMT xaricində heç bir sanksiyaya qoşulmur.
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar