Prezident Əliyev Şuşadan xalqa müraciətində Orta Dəhlizin təməlinin Heydər Əliyevin dövründə qoyulduğu haqda danışarkən dedi: “Bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib. Xatırlatmaq istəyirəm, məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirilmişdi. Məhz o illərdə bu gün “Orta Dəhliz” dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya. Yəni, bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi. Halbuki bəziləri bunu istəmirdilər. Əfsuslar olsun, bu gün də elələri var ki, Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyirlər, amma onların arzuları gözlərində qalacaq”.
BUTA.TV xəbər verir ki, Prezidentin bu fikirlərini vurğulayan politoloq Asif Nərimanlı son olaraq Kılıçdaroğlunun təqdimatında Azərbaycanı bu layihədən kənarda saxlamaq niyyətinin açıq elan olunduğunu yada salıb.
“Bunun Türkiyə müxalifəti deyil, maraqlı qüvvələr – Fransa, Ermənistan, İran və s. – tərəfindən hazırlandığı istisna deyil. Əliyevin bu sözləri həm də Kılıçdaroğluna və Azərbaycansız layihəni onun əlinə verənlərə ünvanlanıb”, - politoloq bildirib.
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar