Gürcüstan Hava Yolları ölkə Prezidenti Salome Zurabişvilini persona non qrata elan edib.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın “Georgian Airways” milli aviaşirkətinin rəhbəri Tamaz Qayaşvili danışıb.
O söyləyib ki, ölkə başçısı şirkətin təyyarələrinə buraxılmayacaq.
Qeyd edək ki, bir gün öncə Zurabişvili Moskvaya birbaşa uçuşlar başlamaq qərarına görə aviaşirkəti boykot etdiyini açıqlayıb. Dövlət başçısı bütün vətəndaşları onun boykotuna qoşulmağa və bu aviaşirkətin xidmətlərindən imtina etməyə çağırıb.
- Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak etdi
- Bakıda bu küçədə hərəkət qismən məhdudlaşdırılır
- İrandan Azərbaycan sərhədi ilə neçə nəfər təxliyə edilib?
- Xəstə uşaq üçün toplanan pulu talayan şəxs saxlanıldı - Video
- Özünüməşğulluq: 700-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub
- "Azercell"in bu layihəsi beynəlxalq mükafata layiq görüldü
- Qar yağacaq – Xəbərdarlıq
- "Hər işdə birinci qadınlar" yarmarkası uğurla yekunlaşdı