Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Zelenski Almaniyadan “Taurus” qanadlı raketləri almaq üçün rəsmi müraciət edib.
BUTA.TV xəbər verir ki, “Bild” nəşri Ukrayna liderinin niyə bu raketləri almaq istəməsi ilə bağlı araşdırma aparıb.
Bildirilir ki, “Taurus” 500 km-ə qədər mənzilə sahibdir. Onun sürəti saatda 900 km-ya çatır ki, bu da “Taurus”u çətin hədəfə çevirir.
“Taurus” bunkerlərə, aerodromlara, körpülərə və təchizat yollarına hücum üçün Ukraynaya əlavə imkanlar yarada bilər. Həmçinin bu raket nəinki bunkerə, hətta onun ayrı-ayrı otaqlarına da dəqiq zərbə endirmək gücünə malikdir.
“Taurus” 480 kq partlayıcı daşıyır və iki metrlik polad ucluğu bir metr qalınlığında betonu deşə bilir. Bu raketin üstünlüyü odur ki, o, 1 metrlik beton səddi deşdikdən sonra içəridə partlayır.
Bu raketlərin cəbhə xəttinin çox arxasındakı Rusiya hərbi infrastrukturuna zərbə endirməyə imkan verəcəyi qeyd edilir.
- Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak etdi
- Bakıda bu küçədə hərəkət qismən məhdudlaşdırılır
- İrandan Azərbaycan sərhədi ilə neçə nəfər təxliyə edilib?
- Xəstə uşaq üçün toplanan pulu talayan şəxs saxlanıldı - Video
- Özünüməşğulluq: 700-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub
- "Azercell"in bu layihəsi beynəlxalq mükafata layiq görüldü
- Qar yağacaq – Xəbərdarlıq
- "Hər işdə birinci qadınlar" yarmarkası uğurla yekunlaşdı