28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə silsilə tədbirlər keçirilib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil edilib, eləcə də sənədli və bədii filmlər nümayiş olunub.
Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın Milli Qəhrəmanları və Sovet İttifaqı Qəhrəmanlarının abidələri, Şəhidlər xiyabanları və tarixi muzeylər ziyarət edilib.
Silsilə tədbirlərdə çıxış edənlər 1918-ci ildə Azərbaycanın müstəqilliyinin elan edilməsi və Azərbaycanın müstəqilliyinin bərpa olunması tarixi barədə məlumat veriblər.
Qeyd olunub ki, bu il anadan olmasının 100 illiyini təntənə ilə qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirilib, ölkəmizin beynəlxalq mövqeyi güclənib.
Bu gün onun müdrik siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində ölkəmizin durmadan inkişaf etdiyi xüsusi vurğulanıb.
Hərbi hissələrdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda müxtəlif musiqi nömrələri təqdim olunub, azad edilmiş ərazilərdə yerləşən bölmələrdə səyyar-təşviqat qrupları fəaliyyət göstərib.
- Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak etdi
- Bakıda bu küçədə hərəkət qismən məhdudlaşdırılır
- İrandan Azərbaycan sərhədi ilə neçə nəfər təxliyə edilib?
- Xəstə uşaq üçün toplanan pulu talayan şəxs saxlanıldı - Video
- Özünüməşğulluq: 700-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub
- "Azercell"in bu layihəsi beynəlxalq mükafata layiq görüldü
- Qar yağacaq – Xəbərdarlıq
- "Hər işdə birinci qadınlar" yarmarkası uğurla yekunlaşdı