Kılıçdaroğlu amerikapərəstdir, bəli. Paşinyan da amerikapərəstdir, amma ABŞ nə Ermənistanı, nə də Türkiyəni dolandıracaq.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Satanovski deyib.
“Kılıçdaroğlu artıq Rusiya ilə münasibətləri çətinləşdirməyə hazırlaşır, Paşinyan isə Rusiya ilə münasibətləri artıq mürəkkəbləşdirib. ABŞ-ın Ermənistanla Rusiya arasında münasibətlərin soyumasına, bəlkə də qırılmasına nail olduğu bir vəziyyət yaranıb, Türkiyə də Rusiyadan uzaqlaşsa, Ankara əldə etdiyi hər şeydən məhrum qalacaq. Bu, Türkiyə iqtisadiyyatına böyük zərbə olacaq və Türkiyə amerikalılardan heç nə almayacaq. Ermənistan da Rusiyadan əldə etdiyi hər şeyi itirəcək və Vaşinqton ona heç nə verməyəcək. Ola bilsin ki, Kılıçdaroğlu və Paşinyan ABŞ-dan şəxsən nəsə alacaqlar”, - Satanovski bildirib.
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək
- Ramazanın 14-cü günü: Dua, imsak və iftar vaxtı...
- Metroda son zamanlar baş verən texniki nasazlıqlar... - Açıqlama