Türkiyədə xalq bu gün prezident seçkilərinin ikinci turunu keçirdi və seçkilərə xələl gətirəcək hansısa ciddi bir hadisə olmadı. Hazırda Anadolu Agentliyinin məlumatına görə, seçki qutularının 97%-dən çoxu açılıb, əhalinin iştirakı isə 85%-dir. Birinci tura nisbətən səsvermədə iştirak 3% azalıb.
Bu sözləri BUTA.TV-a açıqlaması zamanı Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik ekspert Əli Fuad Gökçə deyib.
Alim bildirib ki, ikinci turda əvvəl səsvermədə iştirak etməyən vətəndaşlar seçkinin taleyini həll etdi:
“Nəticələr belə davam edərsə, Ərdoğan prezident seçiləcək. Səslərin də dəyişmə ehtimalı 1%-dir. Cənab Ərdoğan qazansa belə, seçkilərdə əvvəldən düşünüləndən daha az səs yığdı. Fikrimcə, bu da iqtidar tərəfindən xalqın mesajı kimi dəyərləndiriləcək. Xalqımız etibarlı gələcək üçün güclü lider olan Ərdoğana səs və dövləti idarə etmək iradəsi verdi. Ölkəmiz və qardaş ölkələrimiz üçün xeyirli olmasını arzu edirəm”.
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək
- Ramazanın 14-cü günü: Dua, imsak və iftar vaxtı...
- Metroda son zamanlar baş verən texniki nasazlıqlar... - Açıqlama