Can Azərbaycana burdan salamlar. Allah onlardan razı olsun.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu Türkiyədə seçkilərin nəticələri ilə bağlı yerli mediaya açıqlamasında deyib.
O, Türkiyə Cümhuriyyətinin 100-cü il dönümünün bütün türk dünyasının bayramı olduğunu bildirib:
“Başda Cənab İlham Əliyev olmaqla, bütün Azərbaycana, hörmətli dövlət başçısına, ordakı bütün dostlarımıza - hər kəsə burdan sevgilərimizi çatdırırıq. Qardaşlıq nəyi gərəkdirirdisə, bu günə qədər onu etdilər. Bu gündən sonra yeni bir yolçuluq başlayır. Dünyaya birlikdə deyə biləcəyimiz sözlərimiz var: Nəyi bacardığımızı bilirik! Allah millətimizin, hamımızın yardımçısı olsun! Türkiyənin 100 illiyi sadəcə Anadoluya aid yüzillik deyil. Türkiyə yüzilliyi Azərbaycana, türk dövlətlərinə aid yüzillikdir. Müsəlman dünyasının, qurbanların və məzlumların, nəfəs gözləyən insanlığın yüz ilidir”.
Qeyd edək ki, Türkiyədə ötən gün baş tutan prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan qalib gəlib.
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək
- Ramazanın 14-cü günü: Dua, imsak və iftar vaxtı...
- Metroda son zamanlar baş verən texniki nasazlıqlar... - Açıqlama