Şirvan şəhərində mağazaların birində quraşdırılmış ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Coşqun İsmayılov tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a verilən məlumata görə, həmin şəxs Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisində saxlanılıb.
Aparılan araşdırmalar zamanı onun mağazaya qanunsuz daxil olaraq, orada quraşdırılmış ödəmə terminalının kassa hissəsini kəsməklə içərisindəki 5694 manat məbləğində pulu gizli yolla taladığı müəyyən edilib. Daha sonra o, izi itirmək üçün mağazada quraşdırılmış təhlükəsizlik kameralarının yaddaş qurğusunu da oğurlayaraq hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək
- Ramazanın 14-cü günü: Dua, imsak və iftar vaxtı...
- Metroda son zamanlar baş verən texniki nasazlıqlar... - Açıqlama