Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2028-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.
“Prezident ikinci səlahiyyət müddəti bitmədən TBMM-də 3/5 səs çoxluğu əldə edərsə, erkən seçki qərarını təmin edə bilər. Bununla Ərdoğan konstitusiyaya uyğun olaraq yenidən namizədliyini irəli sürə biləcək. Belə bir vəziyyətdə Ərdoğan yenidən prezident seçilə bilər. Əgər seçilsə, 2033-cü ilə qədər prezidentlik postunu qoruyacaq”, - nəşr yazıb.
Qeyd edək ki, ötən gün Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Ərdoğan qalib gəlib.
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək
- Ramazanın 14-cü günü: Dua, imsak və iftar vaxtı...
- Metroda son zamanlar baş verən texniki nasazlıqlar... - Açıqlama