Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşı - Ümumi fənlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev “Cümhuriyyət” zirvəsinə yürüşdə iştirak edib. "Azərbaycan Dağ Bələdçisi" komandası tərəfindən təşkil olunan yürüş Müstəqillik Gününə həsr edilib.
BUTA.TV xəbər verir ki, zirvə ilk olaraq, Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə fəth olunub.
“Cümhuriyyət” Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr yüksəklikdə, Tufandağın sağ yan silsiləsində yerləşir.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək