Erməni təyyarələri üçün Türkiyə səmasının qapalı olması məsələsini ölkənin aviasiya idarələri avropalı və regional həmkarları ilə birlikdə həll etməlidir.
BUTA.TV xəbər verir ki, bunu “Mülki müqavilə” fraksiyasının deputatı Xaçatur Sukiasyan deyib.
“Mən Ermənistan-Türkiyə sərhədinin açılmasının və iki dövlət arasında münasibətlərin normallaşmasının tərəfdarı olaraq qalıram. Ermənistan bütün qonşu ölkələrlə - Gürcüstan, İran, Türkiyə və Azərbaycanla açıq sərhədlər şəraitində iqtisadi fayda əldə edəcək. Mən bunun tərəfdarıyam, çünki bunun ölkəmə faydalı olduğunu başa düşürəm. Erməni məhsulları Türkiyə üzərindən Avropaya ixrac edilərsə, nəqliyyat xərcləri azalar, mallar daha rəqabətədavamlı olar”, - o bildirib.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Çavuşoğlu Ankaranın erməni təyyarələrinə uçuşu bağlaması qərarını İrəvanda “Nemezis” terror hərəkatının “qəhrəmanlarına” abidənin açılması ilə izah etmişdi. Ankara abidənin açılışını təxribat adlandırıb.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək