Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, son sutkada infeksiyaya 15 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 16 nəfər sağalıb. İndiyədək ölkədə ümumilikdə 831 849 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 516 nəfər müalicə olunaraq sağalıb, hazırda 59 aktiv xəstə var. Bu günə qədər 10 274 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 936, bu günə qədər isə ümumilikdə 7 623 270 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 55 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 965 701 olub.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək