Bu gün axşam saatlarında Oğuz rayonunun Baş Daşağıl kəndinə dolu düşüb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, diametri qoz iriliyində olan dolu yağışı bir neçə dəqiqə davam edib.
Dolu meyvə ağaclarına və həyətyanı sahələrə ziyan vurub.
Hazırda Oğuz rayonunda qeyri-sabit hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyunun 1-də saat 17:00-dan 17:35-dək Oğuz rayonu Başdaşağıl kəndinə leysan yağışı ilə birlikdə güclü dolu yağıb. Dolunun diametri 25-30 mm olub.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək